BMT-nin Baş katibi Antonio Quterreş dünya birliyini koronavirus əleyhinə vaksinin əlçatan olmasının təmin edilməsi üzrə təcili plan hazırlamağa və qlobal səhiyyədə yeni fövqəladə vəziyyətlərə hazır olmağa çağırıb.
Unikal.org xəbər verir ki, bu barədə Quterreş bu gün Cenevrədə işə başlamış 74-cü Ümumdünya Səhiyyə Assambleyasının iştirakçılarına videomüraciətində deyib.
O, beynəlxalq əməkdaşlıq və gələcək üçün həmrəylik çərçivəsini yaratmağın zəruri olduğunu bildirib.
“Biz səhiyyə sahəsində növbəti fövqəladə vəziyyətə hazırlaşmalıyıq”, - deyən Quterreş daha sonra bunları qeyd edib: “Mövcud sistemin bütün hökumətlərin və cəmiyyətlərin iştirakı ilə koordinasiya edilmiş beynəlxalq plan əsasında transformasiya edilməsi üçün ən yüksək səviyyədə siyasi öhdəliklər götürülməlidir”.