Dünyada yeni ölümcül virus əmələ gələ bilər.
Unikal.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus bildirib.
74-cü Ümumdünya Səhiyyə Assambleyasında çıxış edən ÜST rəhbərinin sözlərinə görə, dünya pandemiya təhlükəsi ilə sonuncu dəfə qarşılaşmır.
"Təkamül dəyərlərinə görə, yeni virus əmələ gələcək, potensial olaraq indiki virusla müqayisədə daha yoluxucu və daha ölümcül olacaq”, - deyə baş direktor dünya ölkələrinə xəbərdarlıq ünvanlayıb.