Mayın 25-də gecə saatlarında Gürcüstanda zəlzələ olub.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb. Yeraltı təkanlar Kazbeqi rayonunun Bokçvilo rayonu ərazisində 4,9 bal gücündə qeydə alınıb.
Dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.