Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 167 milyon 988 min 54 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 487 min 62 nəfərdir. İndiyədək 149 milyon 309 min 514 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, son sutka ərzində 508 074 yoluxma, 10 807 ölüm faktı qeydə alınıb.