Ermənistan parlamentinin "Mənim addımım" fraksiyasından olan deputatı Vahe Qalumyan Azərbaycanla sərhəd problemindən danışıb.

Unikal.org  xəbər verir ki, erməni deputat yerli mediaya verdiyi açıqlamada sərhəd məsələsində Azərbaycanın haqlı olmasına eyham vurub.

"Tavuş bölgəsində bizim nəzarətimizdə olan Azərbaycan torpaqları var"-, deyə o bildirib. Vahe Qalumyana görə, Tavuşdakı Barxudarlu, Sofulu, Xremlu və Voskepar adlı kəndlər xəritədə Azərbaycan ərazisi kimi qeyd olunur.