Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1354 yoluxma halı qeydə alınıb, 15 nəfər ölüb.
Unikal.org-un xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 339 315, xəstəlikdən ölənlərin sayı isə 4 654 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 320 777 nəfərin sağaldığı bildirilir.