Çin Amerikan Vətəndaş Hüquqları Koalisiyası ABŞ-ın keçmiş prezidenti Donald Trampı məkməyə verib.
Unikal.org xəbər verir ki, buna səbəb Trampın koronavirusu - "Çin virusu", "Uhan virusu" adlandırması olub.
"The Huffington Post" qəzetindəki xəbərə görə, Trampın koronavirus pandemiyası zamanı "Çin virusu" kimi ifadələrin işlətməsi Asiyalılara qarşı irqçiliyi qızışdırıb. Məhkəməyə verilən Tramp barəsində də 22, 1 milyon dollar dəyərində təzminat ödəməsi iddiası qaldırılıb.