İspaniyanın Barselona şəhərində 39 yaşında itkin düşmüş kişinin cansız bədəni dinozavr heykəlinin içindən çıxıb.
Unikal.org xəbər verir ki, aylardır axtarışda olan şəxsin cəsədi şəhərin mərkəzində yerləşən dekorativ dinozavr heykəlində tapılıb. Belə ki, insanlar heykəldən pis qoxunun gəlməsi ilə şikayət ediblər. Hadisə yerinə polislər cəlb olunub. Kişinin cəsədi heykəldən çıxarılaraq, tibbi ekspertizaya göndərilib. İlkin ehtimallara görə, şəxsin telefonu heykəlin içərisinə düşüb. Bu zaman o , telofonunu çıxardarkən huşunu itirərək, heykəlin içərisinə yıxılıb. Həmçinin polislər 39 yaşlı kişinin havasızlıqdan öldüyü bildiriblər.
Faktla bağlı araşdırma aparılır.