ABŞ və Avropa İttifaqı əvvəlcədən Suriyadakı seçkiləri qanunsuz elan edib.
Unikal.org xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Vladimir Çurov bildirib.
Diplomatın "ABŞ, Türkiyə, Avropa İttifaqı Suriyada səsvermənin qanunsuz olduğunu, nəticələri tanımamağa qərar veriblər",- deyə bildirib.
Qeyd edək ki, Suriyada prezident seçkiləri 26 mayda keçiriləcək. Ölkə üzrə səhər saat 7-dən axşam 19:00-dək 10 000-dən çox seçki məntəqəsi açıq olacaq. 25 may sükut günü elan edilib.