ABŞ-ın Ohaya ştatında koronavirus əleyhinə peyvvənd vurdurmaq üçün yeni bir kampaniya başladılıb.
Unikal.org xəbər verir ki, ştatın federal koronavirus yardım fondları vaksin vurduran 5 amerikalıya 1 milyon dollar pul mükafatı təqdim edib. Belə ki, "koronavirus əleyhinə lotereya" kampaniyası ilk günündən nəticəsini göstərib.
Ştat sakinləri kampaniyaya düşmək üçün xəstəxanalara axışıb. Qalib olan şəxslərin adı çərşənbə günü yerli vaxtla 19:30-da açıqlanacaq.