İki il əvvəl Uruqvay həbsxanasından qaçan İtalyan mafiya lideri Rocco Morabito Braziliyada saxlanılıb.
Unikal.org xəbər verir ki, Braziliya Ədliyyə və İctimai Təhlükəsizlik Nazirliyi tərəfindən edilən yazılı açıqlamada, "Ndrangheta" mafiya təşkilatının liderlərindən biri olan Morabitonun tutulduğu açıqlanıb.
Açıqlamada, "İtaliyanın ikinci ən çox axtarılan cinayətkarı" olaraq xarakterizə olunan Morabito və onu müşayiət edən iki xarici uyruğun ölkənin Joao Pessoa şəhərində otellərin birində əməliyyat qrupları tərəfindən tutulub.
Qeyd edək ki, mafya lideri 1994-cü ildən bəri "Ən çox axtarılan cinayətkar"lar sırasındadır.