Paşinyan, sən heç nə edə bilmirsənsə, KTMT-yə niyə müraciət ünvanlayırsan?
Unikal.org Erməni KİV-ə istinadən xəəbr verir ki, sabiq prezident Robert Koçaryan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın sərhəd məsələsi ilə bağlı bu quruma müraciəti barədə danışarkən deyib.
Koçaryan baş verənləri küçədə incidilmiş bir uşağın qaçaraq atasına şikayət etmək üçün gəlməsi ilə müqayisə edib.
"Nəhayət, biz dövlətik, ya yox? Ləyaqətimiz, qürurumuz var, ya yox? Özünüz heç nə etmədiyiniz halda sənin əvəzinə başqasının nəsə etməsini gözləyirsən. Absurd janrından bəhs olunur. Əminəm ki, oxşar hal KTMT-nin tarixində olmayıb. Özünüz problemlərin həlli üçün nəsə etmirsinizsə, heç kim sizə kömək etməyəcək. Bu, çox sadə bir düsturdur”.