İranın Qəyyumlar Şurası gələn ay - 18 iyunda keçiriləcək prezident seçkisinə 7 namizədi buraxıb.

Unikal.org xəbər verir ki, seçkiyə buraxılanlar aşağıdakı siyasətçilərdi:

1. İbrahim Rəisi
2. Möhsün Rezayi
3. Möhsün Mehralızadə
4. Səid Cəlili
5. Əlirza Zakani
6. Əbdulnasir Hümməti
7. Əmirhüseyn Qazizadə-Haşimi

Siyahı Daxili İşlər Nazirliyi tərəfindən mayın 25-də açıqlanıb və seçki kampaniyasına start verilib.

Hazırkı prezident Həsən Ruhaninin müttəfiqləri və digər tanınmış siyasətçilər seçkiyə buraxılmayıb.