"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".
Unikal.org xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin mayın 25-nə olan fəaliyyəti ilə bağlı məlumatında deyilir.
"İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.
Atəşkəs bütün təmas xəttində müşahidə olunur" - açıqlamada bildirilib.
Qeyd olunub ki, rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edirlər:
"23 noyabr 2020-ci ildən bəri Humanitar Minalardan Təmizləmə Mərkəzinin mühəndis qrupları tərəfindən 2121 hektar partlamamış hərbi sursat, 657,3 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1844 bina təmizlənib və 25,613 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib".
MN-dən bildirilib ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.