Rusiyada son sutka ərzində daha 8373 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org-un Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 026 128 nəfərə çatıb.

Son sutka ərzində 406 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 119 600 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.