Rusiya prezidenti Vladimir Putin və ABŞ-lı həmkarı Co Baydenlə 16 iyun tarixində İsveçrənin Cenevrə şəhərində görüşəcəklər.

Unikal.org xəbər verir ki,  bu barədə  Ağ Ev məlumat yayıb.  

Məlumatda, “Prezident Bayden, 2021-ci il iyunun 16-da İsveçrənin Cenevrə şəhərində prezident Putinlə görüşəcək. Liderlər gözə çarpan məsələləri, sabitliyi və ABŞ-Rusiya münasibətlərini yaxşılaşdırmağa yönəlmiş məsələləri müzakirə edəcəklər",- deyə qeyd olunub.