Hind okeanındakı ada ölkəsi Madaqaskarda silahlı dəstələr kəndlərə basqın edib. 

Unikal.org xəbər verir ki,  "Dahalo" kimi tanınan dəstələr kəndlərə  hücumunda 20 nəfəri öldürüb,  300-dən çox evi yandırıb. Yerli mətbuatın verdiyi  məlumata görə, silahlı dəstələr 3 nəfəri girov götürüb.  500-dən çox mal-qaranı isə oğurlayıblar. 

Hücumları həyata keçirən qrupun təxminən 150 nəfər olduğu və odlu silahdan istifadə etdikləri bildirilib. Hökumət hücumçuların verdiyi zərəri  öz üzərinə  götürüb. 

Faktla bağlı araşdırma aparılır.