Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan Moskvaya səfər edəcək.

Unikal.org xəbər verir ki, bu barədə baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, səfər yaxın günlərdə baş tutacaq. Rusiya paytaxtında keçiriləcək danışıqların mövzularından biri də Sünik (Zəngəzur -red.) və Qeqarkunikdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət olacaq.