Ermənistanla Azərbaycan arasındakı sərhəd problemini istisnasız şəkildə danışıqlar yolu ilə həll etmək lazımdır. Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinə kömək göstərməyə hazırdır.

Unikal.org xəbər verir ki,  bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O qeyd edib ki, sərhədyanı insidentin əsas səbəbi sərhədlərin beynəlxalq-hüquqi rəsmiləşdirilməsinin olmamasıdır. Onun sözlərinə görə, bu problemi istisnasız şəkildə danışıqlar yolu ilə həll etmək lazımdır: "Uzunmüddətli həll yolu olaraq biz sərhədin delimitasiyası prosesinin başlamasında və daha sonra demarkasiyasında görürük. Rusiya bu məsələdə hər cür köməyi göstərməyə hazırdır. Rusiya tərəfi sərhəddəki insidentin həllinə cəlb olunub. Biz ali və yüksək səviyyələrdə Bakı ilə Yerevanın müntəzəm təmaslarını dəstəkləyirik".

M.Zaxarova bildirib ki, hər iki tərəf dialoq və qarşılıqlı etimadın bərpası yolunun əvvəlindədir: "Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması fəal vasitəçilik səyləri göstərir. Rusiyalı sülhməramlılar Qarabağda sülh və təhlükəsizliyi təmin edir. Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrup regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası üzərində işləyir".