ABŞ-ın Kaliforniya ştatında silahlı insident nəticəsində ölənlər var, dəqiq sayı hələlik müəyyənləşdirilməyib.
Unikal.org RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Santa-Klara dairə polisinin “Twitter” hesabında bildirilib.
Qeyd edilib ki, silahdan atəş açan şəxs öldürülüb.
Hadisə səhər saatlarında San-Xose şəhərində “VTA” dəmir yolu şirkətinin nəzarət etdiyi xəttə baş verib.