Türkiyədə son sutka ərzində 166 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda 8738 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 212 min 123, pandemiya qurbanlarının sayı isə 46 min 787 nəfərə çatıb.
Türkiyədə indiyədək 5 milyon 57 min 713 pasiyent (son sutkada 12 205 nəfər) sağalaraq evə buraxılıb.