Avropa İttifaqı "Ryanair" təyyarəsi ilə əlaqədar rəsmi Minskə qarşı sanksiyalar tətbiq etmək üçün yeni addımlar atacaq.
Unikal.org xəbər verir ki, bunu Fransanın Avropa və xarici işlər naziri Jan İv Lö Drian Senatda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı Belarusdakı fərdi şəxslərlə yanaşı, dövlət qurumlarını da “qara siyahı”ya salmağı planlaşdırır.
“Bu addım onların Avropada fəaliyyət göstərmələrini, ticarətlərini və Avropanın bazar imkanlarından istifadə etmələrini çətinləşdirmək üçün atılacaq”, - deyə fransalı nazir vurğulayıb.