Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək 23 partiya və 4 bloku qeydiyyata alıb.

Unikal.org  xəbər verir ki, bu barədə Ermənistan MSK məlumat yayıb.

Qeyd olunub ki, partiyaların və blokların seçkiqabağı siyahılarının qeydiyyatı üçün sənədlərin təqdim edilməsi müddəti başa çatıb.