Azərbaycanla sərhəddə gərginlik yaşandığı bir vaxtda Ermənistanda generallar arasında ixtilaf hökm sürür.

Unikal.org  “Joxovurd” nəşrinə istinadən xəbər verir ki,  bu günlərdə müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyanla Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyan arasında münasibətlər ciddi şəkildə pisləşib. Sonuncu heç bir qərarını Arutyunyanla əlaqələndirmir və özü bir sıra addımlar atır.

Qəzetin yazdığına görə, vəziyyət barədə hətta baş nazir vəzifəsini icra edən Nikol Paşinyana da məlumat verilib, lakin o, subardinasiyanı tənzimləmək üçün heç nə etmir. Əlavə olunub ki, “boz kardinala” çevrilmiş Baş Qərargah rəisinin birinci müavini Arşak Karapetyan nazirlikdə böyük nüfuz sahibdir. Karapetyan bu vəzifəyə yaxın günlərdə təyin edilib, əvvəllər isə Paşinyanın məsləhətçisi olub.