Ermənistanda son sutka ərzində daha 140 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org  xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 222 409 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 5 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4416-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1079 nəfərdir.

Aktiv xəstələrin sayı 4649 nəfər təşkil edir.