Rusiyada qandonduran cinayət  hadisəsi  baş verib.  

Unikal.org xəbər verir ki, 21 yaşlı qızın parçalanmış  cəsədi  kanalzasiya borularında tapılıb. Belə ki,  mayın 20-dən bəri gənc qızdan xəbər almaq mümkün olmayıb. Bundan sonra Kseniya Ptichkinanın ailəsi  polisə müraciət  edib.  

Axtarış zamanı məlum olub  ki, Kseniya  sonuncu  dəfə  sevgilsinin evinə  gedib. Polis tərəfindən dindirilən oğlan bundan xəbərdar olmadığını  və  qızdan çoxdan ayrıldığını  bildirib.  Lakin bir neçə gün sonra  oğlanın yaşadığı binanın kanalzasiya borusunda parçalanmış cəsəd aşkarlanıb.  

Aidiyyatı qurumlar cəsədi tibbi ekspertizaya göndərib. Məlum olub ki,  cəsəd 21 yaşlı Kseniya Ptichkinaya məxsusdur. Qızın sevgilisi  polis tərəfindən yenidən dindirilib. O, cinayəti etiraf edib.  Sevgilisini qısqanclıq zəmnində  qətlə yetirən 23 yaşlı oğlan izi itirmək üçün cəsədi  parçalara ayırıb.  Daha sonra  isə tualetə  atıb. 

 Gənc oğlan həbs edilərək, barəsində  qətimkan tədbiri seçilib.