Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan Moskvada səfərdədir.

Unikal.org xəbər verir ki, bu barədə parlamentin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Koçaryan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə  görə, Rusiya paytaxtında keçiriləcək danışıqların mövzularından biri də Sünik (Zəngəzur -red.) və Qeqarkunikdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət olacaq.