Rusiyada son sutka ərzində koronavirusa 9039 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org  xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 035 207 nəfərə çatıb.

Rusiyada son bir gündə 402 xəstə vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 120 002 nəfərdir. İndiyədək 4 651 849 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.