“Sabah xalqımız Respublika gününü qeyd edəcək. Bugünkü Azərbaycan Respublikası XX əsrin əvvəllərində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”.
Unikal.org-un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
"Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz bərpa olunub. Bu gün Azərbaycan söz sahibi olan qüdrətli dövlətdir. Azərbaycan dövləti qarşıdakı illərdə daha da uğurlara imza atacaq. Respublika günü münasibətilə hər birinizi təbrik edirəm. Təklif edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayaq”, - Milli Məclisin sədri bildirib.