Türkiyədə son sutka ərzində 183 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda 8426 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 220 min 549, pandemiya qurbanlarının sayı isə 46 min 970 nəfərə çatıb.
Türkiyədə indiyədək 5 milyon 70 min 815 pasiyent (son sutkada 13 102 nəfər) sağalaraq evə buraxılıb.