Türkiyənin Bakıdakı Səfirliyi Azərbaycan xalqını 28 May - Respublika günü münasibətilə təbrik edib.
Unikal.org xəbər verir ki, səfirliyin feysbukdakı səhifəsində paylaşılan təbrikdə deyilir:
“Bir kərə yüksələn bayraq, bir daha enməz!” - M.Ə.Rəsulzadə. Dost və qardaş Azərbaycan xalqını tarixinin ən önəmli günlərindən biri olan 28 May - Respublika günü münasibətilə təbrik edir, dövlət müstəqilliyi və suverenliyinin əbədi olmasını arzu edirik”.