Çində son sutka ərzində 7 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

Unikal.org xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 91 045-ə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 86 093 xəstə sağalıb.

Ölkədə 316 aktiv koronavirus xəstəsi var ki, onlardan da 4-nün vəziyyəti ağır qiymətləndirilir.