Suriya Xalq Şurasının (parlamentinin) sədri Hammuda Sabaq Ərəb mayın 26-da keçirilən ölkə prezidenti seçkilərində səsvermənin nəticələrini açıqladı.
Unikal.org-un məlumatına görə, bunu parlament sədri Dəməşqdə keçirilən mətbuat konfransında deyib.
H.Sabaq bildirib ki, hazırkı prezident Bəşər Əsəd seçicilərin 95,1% -nin dəstəyini alaraq seçkilərdə qalib gəldi:
"Seçici fəallığı 78 faiz, 14 milyondan çox vətəndaş öz iradəsini ifadə edib".