Gürcüstanda son sutkada daha 1 056 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 1 071 nəfər müalicə olunaraq sağalıb, 28 pasiyent vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 341 894 nəfər yoluxub. Onların 324 426-sı sağalıb, 4 727-si dünyasını dəyişib.
Ötən 24 saat ərzində 39 minə yaxın test yoxlaması aparılıb.