İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 184 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

İranda ötən sutka ərzində 10 253 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 2 886 111 nəfərə çatıb.