İtaliyanın "Yuventus" komandasının baş məşqçisi Andrea Pirlo istefaya göndərilib.

Unikal.org-un məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Buna komandanın ötən mövsümdəki uğursuz çıxışı səbəb olub. 42 yaşlı mütəxəssisi Turin klubunun sabiq baş məşqçisi Massimiliano Alleqrinin əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, Andrea Pirlo ötən ilin avqustunda "Yuventus"la 2 illik müqavilə imzalamışdı. "Qoca sinyora" onun rəhbərliyi altında A Seriyasını 4-cü pillədə başa vurub.