Türkiyənin vitse-prezidenti Fuat Oktay 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Unikal.org xəbər verir ki, bununla bağlı Fuat Oktay özünün “Twitter” hesabında paylaşım edib.
“Azərbaycan 103 yaşında. 1918-ci il mayın 28-də müstəqilliyini elan edən dost və qardaş Azərbaycan Respublikasının yaranmasının ildönümü mübarək olsun. Azərbaycanlı qardaşlarıma sevgi və ehtiramımı göndərirəm”, - deyə F. Oktay bildirib.