Yerli vulkanoloji rəsədxananın məlumatına görə, Konqo Demokratik Respublikasının (KDR) şərqində Nipaqonqo vulkanının püskürməsindən əziyyət çəkən Qome şəhərində 269 zəlzələ qeydə alınıb.

Unikal.org xəbər verir ki, Qome Vulkanologiya Rəsədxanası (OVG) çərşənbə axşamı Rixter şkalası üzrə 5,2 bal gücündə zəlzələ baş verməsi barədə məlumat yayıb.

Hakimiyyətin fikrincə, zəlzələlər maqmatik deyil. Onların intensivliyi Nipaqonqonun yenidən püskürməsinin mümkünlüyünü məhdudlaşdırmalıdır.

Xatırladaq ki, Konqo Demokratik Respublikasının şərq hissəsində may ayının 22-də axşam dünyanın ən aktiv vulkanlarından sayılan Nipaqonqonun püskürməsi nəticəsində ən azı 32 insan həlak olub. Bir çox insan evakuasiya edilərkən tüstü və zəhərli qazdan həyatını itirib. Bundan əlavə, 170 nəfərin itkin düşdüyü, lava axınının 2500-ə yaxın evi dağıtdığı bildirilir.