Türkiyə ərazisinə keçmək istəyən 4 suriyalı saxlanılıb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilib. Bildirilib ki, suriyalılar Şanlıurfa-Mardin-Qızıltəpə ərazisindən keçməyə cəhd ediblər.
Məlumatda qeyd edilib ki, tutulan şəxslərdən ikisinin PKK üzvü olduğu məlum olub.