Fransada polisə qarşı bıçaqlı hücüm nəticəsində 3 bələdiyyə polisi əməkdaşı yaralanıb.

Unikal.org xəbər verir ki, hadisə ölkənin Nant şəhərində baş verib.

Hücum aktını təşkil edən şəxs polisi yaraladıqdan sonra silahını da götürərək hadisə yerindən qaçmaq istəyib. Lakin orada olan mühafizəçilər tərəfindən öldürülüb.

Hadisə ilə bağlı Fransa Daxili İşlər Nazirliyində araşdırma başladılıb.