İstanbul boğazı qəza səbəbi ilə bağlanılıb.
Unikal.org xəbər verir ki, Mərmərə dənizində ağır yüklü tanker qəza törədib. Belə ki, 249 metr uzunluğunda xam neft daşıyan RAVA adlı tanker nasazlıq səbəbindən boğazdan keçən zaman dayanıb.
Hadisəyə qısa zamanda Sahil Təhlükəsizliyi müdaxilə edib. Lakin İstanbul boğazında qəza səbəbilə nəqliyyat dayandırılıb, bu da uzun müddət tıxac yaradıb.