Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 164 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7 773 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün 12 284 nəfər sağalıb, ağır xəstə sayı isə 1 454 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 5 228 322 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 5 083 099 nəfər sağalıb, 47 134 nəfər isə ölüb.