ABŞ-ın texnologiya nəhəngi "Microsoft" Rusiyada yerləşən “Solar Vinds” adlı haker qrupunu 150 quruma aid elektron poçtlara müdaxilədə günahlandırıb.
Unikal.org xəbər verir ki, bəyanatda haker qrupunun ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) hesabına giriş əldə etməsinə dair iddia da irəli sürülüb.
Açıqlamada “Solar Vinds” adlı haker qrupunun dövlət qurumlarını, düşüncə mərkəzlərini və qeyri-hökumət təşkilatlarını hədəf alan yeni bir kampaniya başlatdığı da bildirilib.