Rusiya Prezidenti Vladimir Putin və onun belaruslu həmkarı Aleksandr Lukaşenko Rusiya liderinin Soçidəki “Boçarov ruçey” iqamətgahında danışıqları başa çatdırıblar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, danışıqlar 5 saat 15 dəqiqə davam edib.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin və Lukaşenko ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi və dövlətlərin ticarət-iqtisadi, enerji və mədəni-humanitar sahələrdə tərəfdaşlığı məsələlərini müzakirə ediblər.