Yaponiyanın Xonsyu adasının sahillərində 5.3 bal gücündə zəlzələ olub.
Unikal.org xəbər verir ki, yeraltı təkanların episentri 919 min əhalisi olan Tiba şəhərindən 201 kilometr şimal-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.
Bildirilir ki, birinci təkanlardan bir qədər sonra 449 min əhalisi olan Utsunomiya şəhərindən 181 kilometr şərqdə ocağı 30 kilometr dərinlikdə yerləşən 5 bal gücündə daha bir zəlzələ qeydə alınıb.
İki halın heç birində sunami təhlükəsi elan edilməyib.