İran yaxın zamanlarda yerli istehsal olan bir neçə peykini orbitə çıxaracaq.
Unikal.org xəbər verir ki, bu barədə IRNA xəbər yayıb.
Məlumata əsasən, peyklər ilk növbədə 160 – 2 min km yüksəklikdəki aşağı Yerətrafı orbitə buraxılacaq. Bu məqsədlə hazırda “Nahid 1”, “Nahid 2”, “Simurq”, “Tolo”, “Zülcənah”, “Pars 1” və “Zəfər 2” peykləri üzərində işlər aparılır.
Bununla yanaşı, Yerin sinxron günəş orbitinə çıxarılması planlaşdırılan aparatların hazırlanması istiqamətində də işlər davam etdirilir.