Hindistanın şimalındakı Uttar-Pradeş ştatında ən azı 22 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.
Unikal.org xəbər verir ki, bu barədə dövlət orqanlarına istinadən “Sinxua” xəbər agentliyi məlumat yayıb.
Hadisə ştatın qərbindəki Aliqarx şəhərində baş verib. Artıq spirtli içki satan beş mağaza bağlanıb, oradan götürülən spirt nümunələri yoxlanılması üçün laboratoriyaya göndərilib.
Ayrıca olaraq, ştatın aksiz şöbəsinin bəzi vəzifəli şəxsləri işdən kənarlaşdırılıb. Polis araşdırma aparır.