İran Mərkəzi Bankının sədri Əbdünnasir Himməti vəzifəsindən azad edilib.
Unikal.org İran mediasına istinadla xəbər verir ki, Ə. Himməti prezidentliyə namizədliyini irəli sürdüyü üçün vəzifəsindən azad olunub.
Bu vəzifəyə büdcə və proqram təminatı təşkilatının sədr müavini seyid Həmid Purməhəmmədi təyinat alıb.