Azərbaycan və Moldova arasında Kişinyovda keçiriləcək yoldaşlıq görüşünə azarkeşlərin buraxılacağı dəqiqləşib.

Unikal.org xəbər verir ki, artıq oyuna bilet satışı başlayıb. Tribunaların tutumunun 50 faizinin azarkeşlərlə doldurmağa icazə verilib.

Qeyd edək ki, Moldova - Azərbaycan oyunu iyunun 6-da "Zimbru" stadionunda keçiriləcək.