Fransa Ermənistanla Azərbaycan arasında sülhün bərpa olunması və dialoqun inkişafına yardım edəcək.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla Parisdə görüşdə bildirib.
"Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiya və ABŞ-la birgə deeskalasiyaya, o cümlədən tərəflər arasında birbaşa dialoqun bərpasına nail olmaq üçün hər şeyi etmək niyyətindədir”, - deyə Makron vurğulayıb.
Ermənistan-Azərbaycan sərhədində insidentlərlə bağlı danışan Fransa Prezidenti qeyd edib ki, sərhədlərin delimitasiyası yalnız danışıqlar yolu ilə, güc tətbiq olunmadan həyata keçirilməlidir.
Makron Paşinyanla Parisdə humanitar yardımı və iqtisadi əməkdaşlığı müzakirə etmək niyyətində olduğunu da bildirib.